Korrekt.az xəbər verir ki, İranın turizm nazirinin müavini Ənuşirəvan Mohseni Bəndpey İrəvanda Ermənistanın iqtisadiyyat və turizm naziri Gevorg Papoyan ilə görüşündə iki ölkə arasında yerüstü nəqliyyat əlaqələrinin yaxşılaşdırılmasının zəruriliyinə toxunub.
Norduz sərhəd-keçid məntəqəsindəki maneələrin aradan qaldırılmasının vacibliyini vurğulayan Bəndpey, iranlı və erməni turistlərin gediş-gəlişini asanlaşdırmaq üçün birgə işçi komissiyasının yaradılmasını təcili və ixtisaslaşmış bir həll yolu adlandırıb.
O, deyib: “Şərqi Azərbaycan əyaləti İran, Ermənistan və Avrasiya bazarı arasında birgə turizmin inkişafı üçün qapı rolunu oynaya bilər”.





















