İran Taliban administrasiyasını rəsmi olaraq tanımağa hazırlaşır. İranın Əfqanıstandakı səfiri Əlirza Biqdeli, bu istiqamətdə danışıqların davam etdiyini və Tehran tezliklə Talibanı tanıyacağını açıqlayıb.
Korrekt.az xəbər verir ki, səfir Biqdeli bildirib ki, “İranın Taliban administrasiyasını tanımaq üçün heç bir maneə yoxdur” və bu proses artıq irəliləyib. O, Tehran və Kabil arasında qarşılıqlı səfirlərin təyin edilməsi, ticarət və digər əlaqələrin genişləndirilməsi istiqamətindəki addımların bir növ tanınmanın göstəricisi olduğunu qeyd edib.
Həmçinin, Biqdeli, İran və Talibanın münasibətlərinin müsbət bir tərəfə doğru inkişaf etdiyini və İranın Əfqanistana yaxınlığına heç bir digər ölkənin sahib olmadığını vurğulayıb. Bu açıqlamalar, iki ölkə arasındakı əlaqələrin daha da möhkəmlənməsi perspektivini ortaya qoyur.





















