image-1backend

“İranda Pəhləvinin hakimiyyətə gəlməsini istəmirlər ” -Politoloq

image-ads-728x90

” İranın sonuncu şahının oğlu Rza Pəhləvinin iranlıları 8 və 9 yanvar tarixlərində küçələrə çıxmağa çağırması sıradan bir çağırış deyil. Bu addım ilk növbədə Pəhləvinin özü, eyni zamanda ABŞ və İsrail üçün bir növ “nəbz yoxlaması” xarakteri daşıyır.” – bu fikirləri Korrekt.az-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib.

Politoloqun sözlərinə görə, Rza Pəhləvi son illər ABŞ və İsraildə özünü mövcud İran rejiminə əsas alternativ kimi təqdim etməyə çalışır.

“Onu bu cür açıq çağırışlara sövq edən əsas amillərdən biri də son etiraz aksiyaları zamanı adının tez-tez çəkilməsi, bəzi yürüşlərdə onun lehinə şüarların səsləndirilməsi olub. Buna baxmayaraq, İran cəmiyyətində bu məsələyə münasibət birmənalı deyil. Onun fikrincə, İranda yaşayan müxtəlif xalqların, o cümlədən azərbaycanlıların böyük əksəriyyəti molla rejiminin devrilməsi fonunda Pəhləvi simasında yenidən şah üsul-idarəsinin bərpasını arzulamır. Xüsusilə molla rejiminə qarşı narazı olan farslar arasında Pəhləvilərə simpatiya bəsləyənlərin sayı da az deyil.” – deyə Elxan Şahinoğlu bildirib.

Elxan Şahinoğlu hesab edir ki, qarşıdakı günlər həlledici ola bilər.

“Əgər Rza Pəhləvinin çağırışına cavab olaraq 8 və 9 yanvar tarixlərində etiraz aksiyaları əvvəlki günlərlə müqayisədə daha kütləvi və təsirli keçərsə, bu, Vaşinqton və Təl-Əvivdə ona olan etimadı gücləndirə bilər. Əks halda isə ABŞ və İsrail İranla bağlı gələcək planlarında Rza Pəhləvidən kənar alternativ ssenarilər üzərində düşünməyə başlayacaqlar.”- deyə politoloq əlavə edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki