image-1backend

İranda saxta spirtli içkidən KÜTLƏVİ ZƏHƏRLƏNMƏ:4 nəfər ÖLDÜ  

image-ads-728x90

İki gün öncə İranşəhr şəhərində saxta spirtli içki qəbul edərkən zəhərlənən 8 nəfərdən dördü dünyasını dəyişib.

Korrekt.az xəbər verir ki, hadisə nəticəsində 3 nəfər görmə qabiliyyətini itirib, daha 3 nəfər isə ağır vəziyyətdə xəstəxananın reanimasiya bölməsinə yerləşdirilib.

İnsidentlə bağlı yerli hüquq-mühafizə orqanları xüsusi qrup yaradıb və spirtli içki satan üç nəfər saxlanılıb.

İranın Tibbi Ekspertiza Mərkəzi, son dövrlərdə ölkədə saxta spirtli içkilərdən zəhərlənmələr nəticəsində baş verən ölümlərin sayının artdığını bildirib. 2025-ci ilin ilk yarısında, xüsusilə aprel, may, iyul və avqust aylarında, zəhərlənmələrdən dolayı ölənlərin 5%-i saxta spirtli içkilərdən istifadə ilə bağlı olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki