image-1__v516x270__backend

İranın məşhur din xadimi ölkədəki etirazları dəstəklədi:”Sizinləyəm” 

image-ads-728x90

İranın məşhur din xadimi etirazçılara öz dəstəyini nümayiş etdirib. Korrekt.az xəbər verir ki, Zahidanda tanınmış sünni ruhani Mövləvi Əbdülhəmid bir çox iranlının ərzaq almaqda çətinlik çəkdiyini və ölkə miqyaslı etirazları dəstəklədiyini bildirib.

“İranda çox sayda insanın çörəyə ehtiyacı var. Bir çox insan çətinliklə gündə cəmi bir dəfə yemək yeyir”, – deyə o əlavə edib.

O, dövlət məmurlarını milli sərvətləri talan etməkdə günahlandırıb.

“Onlar ölkənin bir çox milli sərvətlərini talan ediblər”, – deyə din xadimi bildirib.

Ölkədə günü gündən pisləşən durum barədə xəbərdarlıq edərn din xadimi deyib: “Aclıq səbəbindən qəbiristanlıqların yaradıla biləcəyi bir mərhələyə çatmışıq”.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki