image-1backend

İranın  Venesueladakı neft pulları batacaq? 

image-ads-728x90

“Tabnak” saytı yazır ki, İranda Venesuelanın Tehrana təxminən 2 milyard dollar borcu olduğu və bu vəsaitin geri qaytarılmamaq riski daşıdığı müzakirə edilir. Mövcud iqtisadi çətinliklər və maaşların ödənilməsində problemlər fonunda bu məbləğin İran üçün ciddi əhəmiyyət daşıdığı vurğulanır.

Korrekt.az xəbər verir ki, borc əsasən İranın Venesuelaya neft və neft məhsulları ixracı nəticəsində formalaşıb. Ancaq bu vəsaitin taleyi qeyri-müəyyəndir və bir neçə amildən asılıdır. Sayt qeyd edir ki, Venesuelada ABŞ tərəfindən dəstəklənən yeni hökumət formalaşarsa, Maduronun müttəfiqi kimi İrana olan neft borclarına aşağı prioritet verilə və ya onların ödənişi tamamilə bloklana bilər.

Məlumata görə, borcun bir hissəsi İranın Venesuelanın enerji sektorundakı bloklanmış aktivləri ilə bağlıdır. Buraya birgə neft şirkətlərindəki paylar, neft emalı zavodları və texniki avadanlıqlar daxildir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki