Məşhur iranlı blogger Anahita Naço 388 kosmetik əməliyyat keçirdiyini açıqlayıb və bununla Ginnesin Rekordlar Kitabına düşdüyünü bildirib. Naço həmçinin “dünyanın ən nazik beli” sahib olduğunu qeyd edib.
Korrekt.az xəbər verir ki, blogger açıqlamasında kosmetik prosedurlara sevgilisinin xahişi ilə başladığını və hazırda hər ay üzünün künclərinə və yanaqlarına 50 kub santimetr gel vurulmasına məcbur olduğunu deyib. Bu açıqlamalar Aydın Zəvvareinin YouTube kanalına verdiyi müsahibə sonrası regional mediada geniş rezonans doğurub.
Həkimlər və mütəxəssislər isə bildirirlər ki, bu cür ekstremal kosmetik müdaxilələr ciddi risklər daşıyır. Onların sözlərinə görə, prosedurlar toxumaların zədələnməsi, sinir zədələri və davamlı bakterial infeksiyalar daxil olmaqla ağır fəsadlara səbəb ola bilər.





















