İranda tanınmış tənqidçi din xadimlərindən olan və bundan əvvəl molla geyimindən isifadəsinə qadağa qoyulan Həsən Ağamiri 8 il azadlıqdan məhrum edilib.
Korrekt.az xəbər verir ki, həbs qərarını İran Din Xadimlərinin Xüsusi Məhkəməsi verib.
O, “müqəddəsləri təhqir etmək”, “rəhbəri təhqir etmək” və “milli təhlükəsizliyə zərbə vurmaq məqsədilə ictimai fikri təhrik etmək”də günahlandırılıb.
Ağamiri həbs qərarına münasibət bildirb və bunun üçün narahat olmadığını deyib:
“Minlərlə insanın öldürüldüyü bir vaxtda barəmdə çıxarılan qərardan narahat olmaq şərəfsizlik olardı.
O qədər dərd çəkdim ki, hansısına yas saxlayacağımı bilmirəm.”





















