image-196d7c54aaba7cb3a130772fa76dbe9ebackend

İrəvanda azərbaycanlı qızın videosu qalmaqal YARATDI 

image-ads-728x90

Erməni sosial şəbəkələrində İrəvanda çəkildiyi iddia edilən video geniş müzakirələrə səbəb olub.

Korrekt.az xəbər verir ki, görüntülərdə qısa müsahibə verən azərbaycanlı qız ermənilərlə düşmənçilik etmədiyini, ailəsində də bu cür münasibətin qəbul olunmadığını bildirir.

Qeyd edək ki, sözügedən qızın kimliyi və videonun gerçək olub-olmadığı dəqiq bilinmir. İstisna edilmir ki, video əvvəlcədən qurulmuş ola bilər və ya müsahibə verən şəxsin azərbaycanlı deyil, erməni olması ehtimalı da var.

Qızın sözlərinə görə, ermənilərlə ünsiyyətinə görə ona hədələr gəlir. O qeyd edib ki, bu hədələr xüsusilə İrəvana Arkadi Dumikyanın konsertinə səfərindən sonra intensivləşib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki