İsrail Müdafiə Qüvvələri (IDF) İordan çayının Qərb sahilinin şimal hissəsində genişmiqyaslı antiterror əməliyyatına başladığını açıqlayıb.
Korrekt.az xəbər verir ki, IDF-in məlumatına görə, əməliyyat çərçivəsində İsrail Təhlükəsizlik Xidməti və İsrail Sərhəd Polisi də fəaliyyət göstərir. Əməliyyat şimal Samariya bölgəsində həyata keçirilir — İsrailin Qərb sahilinin şimal hissəsinə verdiyi ad.
İsrail ordusu bildirib ki, hüquq-mühafizə orqanları bölgədə terrorizmin kök salmasına imkan verməyəcək və onu qabaqlayıcı tədbirlərlə qarşısını almaq üçün fəal fəaliyyət göstərir.





















