NBC News mənbələrinə istinadən xəbər verir ki, İsrailin Baş naziri Binyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla İrana qarşı yeni hücumların mümkünlüyünü müzakirə etmək niyyətindədir.
Korrekt.az xəbər verir ki, telekanalın məlumatına görə, İsrailin Baş naziri həmçinin Amerika liderinə ABŞ-ın bu hərbi əməliyyatlarda mümkün iştirakı ilə bağlı variantları təqdim edəcək.
NBC News mənbələrinin məlumatına görə, İsrail hakimiyyəti İranın bu yay İsrailin zərbələri nəticəsində zədələnmiş ballistik raket istehsalını genişləndirməsindən getdikcə daha çox narahatdır.





















