FETÖ-ya İzmirdə mərkəzləşmiş strukturlarına qarşı keçirilən əməliyyat çərçivəsində iki vilayətdə 9 şübhəli saxlanılıb.
Konkret.az xəbər verir ki, İzmir Respublika Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu tərəfindən aparılan istintaqlar zamanı FETÖ ilə əlaqəsi olduğu müəyyən edilən, ByLock tətbiqinin istifadəçiləri kimi təsbit edilən, təşkilat üzvlüyünə dair ifadələri və rəqəmsal materialları olan 10 nəfər barəsində həbs qərarı verilib.
İzmir İl Təhlükəsizlik Müdirliyinin Maliyyə Cinayətləri ilə Mübarizə və Kəşfiyyat şöbələrinin əməkdaşları tərəfindən İzmir şəhər mərkəzi, Berqama rayonu və İstanbulda eyni vaxtda keçirilən əməliyyatlar nəticəsində həmin şəxslərdən 9-u saxlanılıb.
Qalan bir nəfərin tutulması istiqamətində tədbirlər davam etdirilir.





















