CBC-nin verdiyi məlumata görə, Britaniya Kolumbiyasındakı yanğınsöndürənlər iki meşə yanğını mənbəyini təcrid edə bilməyiblər və nəticədə onlar böyük bir fəlakətə çevriliblər.
Korrekt.az xəbər verir ki, dövlət yanğınsöndürmə xidmətinin məlumatına görə, Tompson-Nikol dairəsində baş verən yanğının ümumi sahəsi artıq 66 min hektardan çoxdur. Quru və isti hava yanğınsöndürənlərin işini olduqca çətinləşdirir. Ərazidən yüzlərlə sakin təxliyə edilib. Ən azı 20 yaşayış evi və digər tikililər yanıb. Hələlik xəsarət alanlar barədə məlumat yoxdur.
Britaniya Kolumbiyası səlahiyyətliləri bildirib ki, hazırda bölgədə 145 aktiv yanğın ocağı yanır və onların söndürülməsinə təxminən 1000 yanğınsöndürən və yüzlərlə texnika, o cümlədən 162 təyyarə və helikopter cəlb olunub.





















