image-1backend

Kraliça orduda xidmətə başladı

image-ads-728x90

Niderland Kraliçası Maksima ölkənin silahlı qüvvələrinin ehtiyat bölmələrində xidmət edəcək. Korrekt.az xəbər verir ki, bu barədə RTL Nieuws telekanalı məlumat yayıb.

RTL Nieuws-in verdiyi xəbərə görə, Kraliça Maksima Müdafiə Nazirliyinə yarımştat hərbi zabit kimi qoşulacaq və ehtiyatda olan hərbçi olacaq. Mənbələr qeyd edib ki, Kraliça həm nəzəri, həm də praktiki dərsləri əhatə edən qısa hərbi təlim kursu keçəcək.

Kanalın məlumatına görə, ehtiyatda olan hərbi qulluqçular təbii fəlakətlər zamanı və ya böyük münaqişələr zamanı peşəkar hərbi qulluqçuları müvəqqəti olaraq əvəz etmək üçün tapşırıqları yerinə yetirməyə çağırıla bilər.

Müdafiə Nazirliyi Kraliçanın bu qərarının əsasən “simvolik” xarakter daşıdığını və orduya qoşulmaq istəyən insanların sayını artırmaq məqsədini güddüyünü vurğulayıb. Nazirlik həmçinin qeyd edib ki, Şahzadə Amaliya Müdafiə Kollecində tələbə olduqdan sonra müraciətlərin sayında kəskin artım müşahidə edilib.

RTL televiziyasının məlumatına görə, Kraliça Maksima orduya qoşulmaq qərarını verməzdən qısa müddət əvvəl qızı Şahzadə Amaliyanın kapral rütbəsinə yüksəldiyi mərasimdə iştirak edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki