image-1backend

Kreml ABŞ-ın sülh planını qəbul edəcəkmi? – Peskov şərtləri açıqladı  

image-ads-728x90

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya ABŞ-ın Ukrayna münaqişəsinin həllinə dair təqdim etdiyi sülh planını real hesab edir.

Korrekt.az xəbər verir ki, Peskov açıqlamasında qeyd edib ki, “hazırda əsaslı olan yeganə şey Amerika layihəsidir, ABŞ prezidenti Donald Trampın layihəsidir”. O, ABŞ-ın sülh planının danışıqlar üçün çox yaxşı bir əsas ola biləcəyini vurğulayıb və Rusiya prezidenti Vladimir Putin də buna işarə edib.

Bundan əvvəl ABŞ-ın ordu katibi Daniel Driskollun Əbu-Dabidə Trampın Ukraynada sülh yolu ilə nizamlanmasına dair qısaldılmış planını Rusiya tərəfinə təqdim etməyi planlaşdırdığı bildirilmişdi.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki