image-images-2backend

Kremldə kritik görüş: Suriyanın nazirləri Moskvaya niyə GƏLİB?

image-ads-728x90

Korrekt.az xəbər verir ki, Suriyanın keçid hökumətinin nümayəndələri – xarici işlər naziri Əsəd Şeybani və müdafiə naziri Mürhəf Əbu Qasr Rusiyanın paytaxtı Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş keçiriblər.

SANA xəbər agentliyinin məlumatına görə, görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub. Bildirilib ki, Rusiya ilə müdafiə sahəsində əməkdaşlıq Suriyada və bütövlükdə Yaxın Şərq regionunda təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsinə yönəlib.
Danışıqlar zamanı Suriya ordusunun müdafiə qabiliyyətinin artırılması məsələlərinə də toxunulub. Tərəflər hərbi texnikanın modernləşdirilməsi, müasir texnologiyaların tətbiqi, eləcə də hərbi-texniki təcrübənin ötürülməsi imkanlarını müzakirə ediblər. SANA qeyd edib ki, xüsusilə hərbi-sənaye kompleksi sahəsində əməkdaşlığın strateji xarakteri vurğulanıb.

Bundan əlavə, görüş zamanı regional və beynəlxalq gündəlik ətrafında fikir mübadiləsi aparılıb, Dəməşq və Moskva arasında beynəlxalq platformalarda siyasi və diplomatik koordinasiyanın əhəmiyyəti qeyd edilib.

Kremlin mətbuat xidməti görüşlə bağlı hələlik rəsmi açıqlama yaymayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki