image-img_20251213_090343backend

La Liqada transfer dəyərini itirən 10 məşhur futbolçu açıqlanıb – SİYAHI

image-ads-728x90

“Transfermarkt” portalı İspaniya La Liqasında çıxış edən və transfer dəyərində ən çox azalma qeydə alınan futbolçuların siyahısını dərc edib.

Korrekt.az xəbər verir ki, siyahıya “Real Madrid”in yarımmüdafiəçisi Cud Bellinghem başçılıq edir. Onun transfer dəyəri 20 milyon avro azalaraq 160 milyon avroya enib. Eyni həcmdə itki ilə komanda yoldaşı Rodriqo Qos və “Atletik Bilbao”nun futbolçusu Oyan Sunset də ilk üçlükdə yer alıblar.

La Liqada transfer dəyərində ən çox itki verən 10 futbolçu aşağıdakılardır:

1. Cud Bellinghem (“Real Madrid”) – 160 milyon avro (-20 milyon avro)

2. Rodriqo Qos (“Real Madrid”) – 60 milyon avro (-20 milyon avro)

3. Oyan Sunset (“Atletik Bilbao”) – 40 milyon avro (-20 milyon avro)

4. Federiko Valverde (“Real Madrid”) – 120 milyon avro (-10 milyon avro)

5. Rafinya (“Barselona”) – 80 milyon avro (-10 milyon avro)

6. Niko Uilyams (“Atletik Bilbao”) – 60 milyon avro (-10 milyon avro)

7. Dani Vivian (“Atletik Bilbao”) – 30 milyon avro (-10 milyon avro)

8. Ronald Arauxo (“Barselona”) – 25 milyon avro (-10 milyon avro)

9. Endrik (“Real Madrid”) – 25 milyon avro (-10 milyon avro)

10. Brays Mendes (“Real Sosyedad”) – 12 milyon avro (-6 milyon avro)

Qeyd edək ki, siyahı futbolçuların cari performansı, zədələri və bazar tələbi kimi amillər nəzərə alınmaqla hazırlanıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki