Korrekt.az xəbər verir ki, ABŞ tərəfindən bu gün sanksiya tətbiq edilənlər arasında İran Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani də var.
Vaşinqtonun sözlərinə görə, o, ölkədə kütləvi etirazları zorakılıqla yatırmaq qərarında əsas rol oynayıb.
ABŞ inanır ki, Laricani etirazçılara qarşı zorakılıqda iştirak edən təhlükəsizlik qüvvələrinin hərəkətlərinə nəzarət edib və insan haqlarının pozulmasına görə şəxsi məsuliyyət daşıyır.





















