image-1backend

Maduro: Biz heç kimdən qorxmuruq və çəkinmirik

image-ads-728x90

Venesuela Prezidenti Nikolas Maduro ölkənin hərbi müdaxilə təhdidləri fonunda milli müdafiə sistemini təkmilləşdirdiyini açıqlayıb. Korrekt.az xəbər verir ki, bu barədə o, Amerika Xalqları üçün Bolivar Alyansının (ALBA) videokonfrans formatında keçirilən sammitində bildirib.

Maduro qeyd edib ki, Venesuela 25 həftə boyunca hərbi müdaxilə təhdidləri, pirat hücumları və neft tankerinin ələ keçirilməsi daxil olmaqla psixoloji terrorizmə məruz qalıb. Prezidentin sözlərinə görə, respublika milli müdafiə strategiyasını və sistemini təkmilləşdirib.

Venesuela 2004-cü ildən ALBA regional assosiasiyasının üzvüdür. Alyans Latın Amerikası və Karib hövzəsi ölkələrini birləşdirir və Antigua və Barbuda, Kuba, Nikaraqua, Dominika, Qrenada, Sent Vinsent və Qrenadinlər, Sent Kitts və Nevis, eləcə də Sent Lusiya üzv ölkələrdəndir.

ABŞ isə Venesuela hakimiyyətini qanunsuz narkotik ticarətinə qarşı yetərli mübarizə aparmamaqda ittiham edir. ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizinə USS Gerald R. Ford təyyarədaşıyan gəmisinin, nüvə sualtı qayığının və 16 mindən çox heyətin iştirak etdiyi zərbə qrupu göndərib. Sentyabr ayından bəri ABŞ qüvvələri bölgədə 20-dən çox motorlu gəmini batırıb və nəticədə 80-dən çox insan həlak olub.

Dekabrın 10-da ABŞ Prezidenti Donald Tramp Venesuela sahillərində neft tankerinin ələ keçirildiyini təsdiqləyib və ölkəsinin nefti saxlamağı planlaşdırdığını bildirib. Venesuela Xarici İşlər Nazirliyi isə bu hərəkəti “açıq-aşkar soyğunçuluq və beynəlxalq piratçılıq aktı” kimi qiymətləndirib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki