ABŞ Prezidenti Donald Trampın qərarı ilə “Mariner” tankerinin heyətində olan iki Rusiya vətəndaşı azad ediləcək.
Korrekt.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova məlumat verib. Onun sözlərinə görə, Rusiya tərəfinin müraciətinə cavab olaraq ABŞ rəhbərliyi Şimali Atlantikada keçirilən əməliyyat zamanı saxlanılan “Mariner” gəmisinin rusiyalı heyət üzvlərinin azad olunmasına qərar verib.
“Müraciətimizə cavab olaraq ABŞ Prezidenti Donald Tramp “Mariner” gəmisinin heyətindəki iki Rusiya vətəndaşını azad etmək qərarına gəlib. Bu qərarı alqışlayırıq və ABŞ rəhbərliyinə minnətdarlığımızı bildiririk. Soydaşlarımızın vətənə tezliklə qayıtması üçün bütün məsələlərin təcili həllinə başlayırıq”, – deyə Zaxarova bildirib.
Rusiya Xarici İşlər Nazirliyindən “İzvestiya” qəzetinə verilən məlumata görə, yanvarın 7-də ABŞ tərəfindən saxlanılan tanker heyətinin rusiyalı üzvlərinin geri qaytarılma tarixi hələlik dəqiqləşdirilməyib.
Qeyd edək ki, ABŞ tərəfindən saxlanılan “Mariner” tankerinin heyəti ümumilikdə 28 nəfərdən ibarət olub. Onların arasında 20 Ukrayna, 6 Gürcüstan vətəndaşı (kapitan daxil olmaqla) və 2 Rusiya vətəndaşı yer alıb.





















