İtaliyanın sabiq milli futbolçusu Klaudio Markizio A Bola nəşrinə açıqlamasında Lionel Messi və Kriştiano Ronaldonun fərqli xüsusiyyətlərinə toxunub. Korrekt.az xəbər verir ki,o, gənc futbolçulara məhz Ronaldonu nümunə göstərməyi tövsiyə edib.
Markizionun sözlərinə görə, Ronaldo artıq dünya ulduzu olduqdan sonra belə inkişafdan dayanmayıb və üzərində daha çox çalışıb:
“Messini deyil, Cristianonu özünüz üçün nümunə seçin. Ronaldo ulduz olduqdan sonra da inkişaf edirdi və öz üzərində daha çox çalışırdı. Messi isə Tanrı vergisidir, o, hətta məşq etməyə də bilərdi.”
Markizionun fikirləri futbol ictimaiyyətində yenidən Messi–Ronaldo müqayisəsinin gündəmə gəlməsinə səbəb olub.





















