image-1backend

Masonlar London polisini məhkəməyə verdilər

image-ads-728x90

Britaniya masonları London polisini mason üzvlüyünü açıqlamağı tələb edən yeni qaydaya görə məhkəməyə veriblər.
Korrekt.az xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən “The Guardian” qəzeti məlumat yayıb .

Masonlar iddia edirlər ki, London polisinin siyasəti onlara qarşı “dini ayrı-seçkiliyə” bərabərdir, çünki lojanın bəzi üzvləri də polis məmurlarıdır. Onlar həmçinin qeyd edirlər ki, bu cür tədbirlər insan hüquqlarını pozur.

Loja üzvləri London Polis Rəisi Mark Roulinin “təsadüfi qanunlar uydurduğunu” iddia edir və polisi onların təsiri ilə bağlı “sui-qəsd nəzəriyyələri yaymaqda” günahlandırırlar.

Qeyd olunur ki, dekabr ayında London polisi hüquq-mühafizə orqanlarının əməkdaşlarından “üzvlərin bir-birini dəstəkləməsini və qorumasını tələb edən iyerarxik təşkilat”a üzvlüklərini açıqlamalarını tələb edən yeni bir qayda elan edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki