image-1backend

Məşhur aparıcı ABŞ-dan QOVULDU

image-ads-728x90

Turizm verilişi “Orel və Reşka”nın sabiq aparıcısı, Rusiya vətəndaşı Vasilisa Xvostova ABŞ-a buraxılmayıb və əlavə yoxlamadan sonra Avropaya deportasiya olunub. Korrekt.az xəbər verir ki, hadisə Nyu-York hava limanında baş verib. O, bir sutka ABŞ-ın immiqrasiya təcridxanasında saxlanıldıqdan sonra vizası ləğv edilib.

Xvostova bu barədə öz Instagram hesabında məlumat verib. Onun sözlərinə görə, pasport nəzarəti zamanı amerikalı zabitlər pasportunda çoxsaylı giriş-çıxış möhürlərinə diqqət yetiriblər.

Baqajın yoxlanışı zamanı çamadanda üzərində Horny Bible (“Həyəcanlı İncil”) yazısı olan dəftər aşkarlanıb. Xvostova bildirib ki, bu dəftər zarafat xarakterli video çəkilişi üçün rekvizit olub və içərisində ispan dilində adi qeydlər yer alıb. Bundan başqa, çamadanda BDSM üslublu kostyum da tapılıb. Onun sözlərinə görə, həmin kostyumu Hellouin bayramında istifadə etməyi planlaşdırırmış.

Yoxlama bununla bitməyib. Qadın sorğu otağına aparılıb və ondan mobil telefonunu təqdim etməsi tələb olunub. Zabitlərdən biri Xvostovanın Instagram profilinə baxaraq bioqrafiya hissəsində yazılmış “yeddi il cinsi səyahətlər” ifadəsinə diqqət yetirib. Aparıcının iddiasına görə, bu ifadə ABŞ immiqrasiya xidmətinin nümayəndəsi tərəfindən intim xidmətlərin reklamı kimi qiymətləndirilib.

Xvostova bildirib ki, bundan sonra zabitlər onun profilindəki zarafat məqsədli videolardan birinə də irad tutublar. Sorğunun sonunda ona vizasının ləğv edildiyi və ABŞ-a giriş üçün “arzuolunmaz şəxs” statusu verildiyi bildirilib. Daha sonra isə immiqrasiya təcridxanasına aparılıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki