Yəmənin Hadramaut əyalətində “Əl-Ərəbiyyə” və “Əl-Hədəs” telekanallarının müxbiri Məhəmməd Aida avtomobilinin partladılması nəticəsində həlak olub.
Korrekt.az xəbər verir ki, jurnalistin avtomobilinə yerləşdirilmiş partlayıcı qurğu işə düşüb və nəticədə o, hadisə yerində həyatını itirib.
Hadisə Hadramaut əyalətinin inzibati mərkəzi olan Əl-Mukalla şəhərində baş verib.
Yerli təhlükəsizlik orqanları partlayışın səbəbləri və hadisənin təfərrüatları ilə bağlı araşdırmalara başlayıb. Hücuma görə məsuliyyəti hələlik heç bir qrup öz üzərinə götürməyib.





















