image-1backend

Məşhur müğənninin evi əlindən ALINDI

image-ads-728x90

Məşhur rusiyalı müğənni Larisa Dolina mübahisəli mənzili 30 dekabr 2025-ci il tarixinədək tərk etməkdən imtina edərək köçməni 2026-cı ilə təxirə salıb. Korrekt.az xəbər verir ki, bu barədə TASS-a Polina Luryeni təmsil edən vəkil Svetlana Sviridenko məlumat verib.

Vəkilin sözlərinə görə, Polina Lurye müğənnidən Yeni ilədək mənzili boşaltmasını tələb edib, lakin Dolina bu tələbi rədd edib. Müğənni ailəsi ilə birlikdə 5 yanvar 2026-cı ilədək mənzili tərk etməyəcəyini bildirib.

Xatırladaq ki, daha əvvəl məhkəmə qərarı ilə Larisa Dolina Polina Luryenin miras aldığı mənzildən əşyaları çıxarmağa başlamışdı. 26 dekabr 2025-ci il tarixində əmlakın bir hissəsi müğənninin maşınına yüklənərək daşınıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki