İranda həbslər davam edir. Korrekt.az xəbər verir ki, Təbriz Tibb Elmləri Universitetinin ginekoloqu və müəllimi Dr. Şəmsi Abbasəlizadə son etirazlar zamanı İranın təhlükəsizlik qüvvələri tərəfindən döyülüb. Məlumata görə, o, aldığı zərbələr nəticəsində beyin zədəsi alıb və daha sonra naməlum yerə aparılaraq saxlanılıb.
Hadisə ilə bağlı məlumatı güneyli vəkil və insan haqları fəalı Qasım Bədi “X” hesabında paylaşıb. Həkimin saxlanıldığı yer və hazırkı vəziyyəti ilə bağlı rəsmi məlumat verilməyib.
Qeyd edək ki, Abbasəlizadə daha əvvəl də – 2022-ci il etirazları zamanı həbs olunmuşdu. O, Aylar Həqiqinin öldürülməsinə etiraz edən tələbə toplantılarında iştirak etdikdən sonra bütün təhsil və tibbi fəaliyyətlərdən kənarlaşdırılmışdı.





















