image-image_750x_69500f4d849c0backend

Messi “Barselona”ya qayıdır

image-ads-728x90

Korrekt.az “El Nacional” qəzetinə istinadən xəbər verir ki , argentinalı futbolçu Lionel Messi yenidən “Barselona” ilə əməkdaşlığa başlayır.

Xəbərə görə, Messi peşəkar futbolçu karyerasını başa vurduqdan sonra Kataloniya klubunun məşqçilər heyətinə qoşulmağa dəvət oluna bilər. Bu variant hazırda klub daxilində müzakirə olunur.

Qeyd edək ki, Lionel Messi “Barselona”nın yetirməsidir. O, 2003–2021-ci illər ərzində klubun əsas komandasında çıxış edib. Bu müddətdə 835 oyunda iştirak edən argentinalı ulduz 709 qola imza atıb. Messi “Barselona” ilə dörd dəfə UEFA Çempionlar Liqasının qalibi olub.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki