Bu gün İran prezidenti Məsud Pezeşkian ölkənin bir sıra şəhərlərində baş verən kütləvi etiraz aksiyalarından sonra “X” hesabında açıqlama paylaşıb.
Korrekt.az xəbər verir ki, Pezeşkian bildirib ki, əhalinin sosial-iqtisadi vəziyyəti onun gündəlik diqqət mərkəzindədir. Prezidentin sözlərinə görə, hökumətin əsas prioritetlərindən biri pul və bank sistemində islahatların aparılması, vətəndaşların alıcılıq qabiliyyətinin qorunmasıdır. O, paylaşımında qeyd edib ki, daxili işlər nazirinə xüsusi göstəriş verib. Göstərişə əsasən, hökumət məsuliyyətli şəkildə və bütün imkanlarını səfərbər edərək mövcud problemlərin həlli istiqamətində addımlar atmalı, eyni zamanda etirazçıların nümayəndələri ilə dialoq quraraq onların qanuni tələblərini dinləməlidir.





















