image-1backend

Mineral su ölümə səbəb ola bilər – Türkiyəli professor

image-ads-728x90

Türkiyəli professor Oğuz Özyaral bildirib ki, mineral suyun çox istifadəsi sizi öldürə bilər.

Korrekt.az xəbər verir ki, professor qeyd edib ki, cəmiyyətdə mineral su ilə bağlı bəzi yanlış təsəvvürlər mövcuddur. Onun sözlərinə görə, mineral su həzmsizlik üçün nəzərdə tutulmuş xüsusi məhsul deyil.

Özyaral bildirib ki, mineral su əsasən orqanizmin mineral ehtiyaclarını qarşılamaq və susuzluğu aradan qaldırmaq məqsədi ilə istifadə olunmalıdır. O əlavə edib ki, mineral suyun qəbulu üçün ən uyğun vaxt yeməkdən təxminən 20 dəqiqə sonradır.

Mütəxəssis bu sahədə maarifləndirmənin vacibliyini vurğulayaraq, düzgün istifadə qaydalarına əməl olunmasının sağlamlıq baxımından əhəmiyyətli olduğunu qeyd edib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki