image-images-1backend

Münhen terrorunun pərdəarxası: Ermənilər yəhudiləri niyə cəzalandırmaq istəyirdi?

image-ads-728x90

1972-ci ildə Almaniyanın Münhen şəhərində keçirilən Olimpiada zamanı dünyanı bir xəbər silkələdi. Tarixə Münhen qətliamı kimi düşən bu hadisə zamanı İsraili təmsil edən 2 məşqçi və 7 idmançı olmaqla 9 nəfəri də əsir götürmüşdü. Həmin şəxslərin tələbi isə İsrail həbsxanalarında həbsdə olan 200 fələstinlinin buraxılması idi.

Müqavimət göstərməyə cəhd edərkən güləş üzrə məşqçi Moşe Vaynberq öldürüldü, ağırlıq qaldıran Yosef Romano isə ağır yaralandı. Terrorçular Romanonun cinsi orqanını kəsdilər və o, qanaxmadan keçindi. Beləliklə, terrorçuların əlində 9 girov qaldı.

İsrail dövləti bu tələblə razılaşmadığı üçün Almaniyanın Daxili İşlər Naziri Hans-Dietric Qenşer silahlılarla danışıqlara başlayır. Silahlıların əsirlərlə birlikdə Misirə uçmalarına icazə verilir. Onlar üçün 2 helikopter ayrılır. Onlar helikopterə minən zaman birdən atışma çıxır. Atışma zamanı silahlılardan 5-i öldürülür, 2 nəfər sağ, 1 nəfər isə yaralı olaraq ələ keçirilir, 3-ü isə qaçır. Silahlılar da əsirlərin hamısını və 1 polisi öldürür. Ümumilikdə hadisələr zamanı 11 israilli idmançı və məşçqi qətl edilir.
Bu qətliamı törədən isə özlərinə “Qara Sentyabr” adı vermiş idi və əsas rəhbərlərindən olan Akop Akopyan (ASALA qurucusu, əsl adı Harutyun Takuşyan), Kamal Ədvan, Kamal Nasir, Məhəmməd Yusif əl-Nacar idi. Luttif Afif və qrupu isə icraçı idi.

Bəzi kəşfiyyat mənbələri və araşdırmaçılar iddia edirlər ki, Akop Akopyan Münhen Olimpiadasındakı terror aktının hazırlanmasında və planlaşdırılmasında yaxından iştirak edib. O, fələstinlilərin “əməliyyat tərəfdaşı” kimi çıxış edirdi. Bu səbəbdən bir çox əməliyyatlarda (məsələn, təyyarə qaçırma və ya girov götürmə) erməni terrorçuların fələstinlilərə saxta sənədlər, silah tədarükü və kəşfiyyat məlumatları ilə kömək etdiyi bilinir.

Ərəb və ermənilərin birgə yaratdığı və əsas hədəfləri yəhudilər olan “Qara Sentyabr” təşkilatı ərəbcə “Munaẓẓamat Aylūl al-aswad” (Qara Sentyabrın əli) adlanır.

Bu qruplaşmada əsas söz sahiblərindən biri Hakob Hakobyan idi. Onun varlı erməni və ərəb biznesmenlərindən maliyyə yardımı alması, türk və yəhudilərə olan hədsiz nifrəti mənbələrdə yazılır.
Bu barədə istintaq sənədlərində yazılır :

“Qətlimatı hazırlan teror qrupu 1970-ci illərdə Livan və Suriyadakı fələstinli düşərgələrində ermənilərin təlimi ilə keçirilib”

Niyə ermənilər yəhudilərə qarşı bu qətliamda iştirak etdilər ? O dövrdə erməni radikal qrupları fələstinlilərlə “ortaq düşmən” (İsrail və Türkiyə) ideologiyası ətrafında birləşmişdilər. Ermənilər fələstinlilərə Avropada şəbəkə qurmaqda kömək edir, əvəzində isə onlardan hərbi təlim və silah alırdılar. Münhendə israilliləri öldürən terrorçularla, sonradan türklərə və yəhudilərə qarşı hücumlar təşkil edən erməni terrorçuları Livanın Bekaa vadisində eyni bazalarda birlikdə hazırlaşırdılar.
Münhen hadisəsindən sonra erməni terror qrupları təkcə türkləri deyil, bəzən İsrail obyektlərini və yəhudi mənşəli şəxsləri də hədəf alırdılar.

Düzdür, o zaman Almaniya dövləti ermənilərin adını terorçular siyahısından silsə də, əməliyyatın kəşfiyyat, logistika və koordinasiya hissəsində Akop Akopyanın və onun erməni komandasının rolu beynəlxalq terrorizm araşdırmalarında qəbul edilən bir faktdır.

Mənbələr :

Francis P. Hyland, “Armenian Terrorism: The Past, the Present, the Future”: Bu kitabda erməni terrorizminin tarixi araşdırılırken Akop Akopyanın 1972 Münhen qətliamından əvvəl fələstinli qrupların daxilində “inkilabçı fəaliyyətlərlə” məşğul olduğu və bu əməliyyatın planlaşdırma mərhələsində iştirak etdiyi barədə məlumatlar yer alır.

Michael Gunter, “Pursuing the Just Cause of their People”: Müəllif erməni terrorçularının (ASALA) fələstinli qruplarla (Black September və PFLP) olan əməliyyat ortaqlığını geniş təsvir edir. O qeyd edir ki, Münhen hadisəsi erməni terrorçuları üçün “təlimat kitabçası” rolunu oynamışdır.
Christopher Dobson, “Black September: Its Short, Violent History”
Bu kitab Münhen qətliamını törədən “Qara Sentyabr” təşkilatının tarixinə həsr olunub. Akop Akopyanın (ASALA-nın gələcək rəhbəri) fələstinli qrupların tərkibindəki fəaliyyəti bu kontekstdə xatırlanır

Gaidz Minassian, “Guerre et terrorisme arméniens” (Erməni müharibəsi və terrorizmi)
Əsərdə müəllif sənədlərlə sübut edir ki, Akop Akopyan 1970-ci illərin əvvəlində Beyrutda fələstinli qrupların (PFLP) tərkibində yüksək mövqe tutub və fələstinlilərin Avropadakı bir çox gizli əməliyyatlarında, o cümlədən Münhen hadisəsinin kəşfiyyat hazırlığı mərhələsində iştirak edib.

Prof.Dr.Zaur Əliyev



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki