image-1backend

NATO-nun baş katibi: Rusiya dekabr ayında hər gün təxminən 1000 nəfər itirib    

image-ads-728x90

Korrekt.az xəbər verir ki, NATO-nun baş katibi Mark Rutte bildirib ki, Rusiya 2025-ci ilin dekabr ayında Ukraynadakı müharibədə orta hesabla hər gün təxminən 1000 nəfər itirib. Onun sözlərinə görə, ay ərzində Rusiyanın ümumi itkiləri 30 min nəfərdən çox olub.

BBC-nin məlumatına görə, Rutte bu barədə Avropanın siyasi prioritetləri ilə bağlı müzakirələr zamanı danışıb. “Bəli, dekabr ayında rusların hər gün təxminən 1000 nəfər itirdiyi – öldürüldüyü və ya ağır yaralandığı doğrudur. Dekabr ayı üzrə ümumi rəqəm 30 mindən çoxdur”, – deyə NATO-nun baş katibi bildirib.

Mark Rutte vurğulayıb ki, bu statistikalar Avropa ölkələrinin diqqətini əsas məsələdən yayındırmamalıdır. Onun fikrincə, ABŞ Prezidenti Donald Trampın tələblərinə, o cümlədən Qrenlandiya ilə bağlı açıqlamalarına həddindən artıq fokuslanmaq Avropanın Ukraynaya dəstəyini davam etdirmək zərurətini kölgədə qoyur.

“İndi əsas problem Qrenlandiya deyil, əsas problem Ukraynadır”, – deyə Rutte qeyd edib.

NATO-nun baş katibi əlavə edib ki, ağır itkilərə baxmayaraq, Rusiya Ukraynada hücum əməliyyatlarını davam etdirir.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki