Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova KC 622 reysinin sərnişinlərindən birinə tibbi yardım göstərib.
Korrekt.az xəbər verir ki, hadisə noyabrın 26-da səhər saatlarında Astanadan Almatıya uçan təyyarədə baş verib.
Alnəzərova uçuşdan əvvəl sərnişinlərdən birinin özünü pis hiss etdiyini görüb.
Nazir onun yüksəlmiş təzyiqini ölçüb və vəziyyətinin stabilləşməsinə kömək edib.
Uçuş bələdçiləri lazımi dərman və su ilə təmin ediblər, bundan sonra sərnişin uçuşu davam etdirməyə hazır olduğunu təsdiqləyib.





















