image-israel-prime-minister-benjamin-netanyahu-addresses-us-congress-washington-dc-july-24-2024backend

Netenyahudan İrana sərt xəbərdarlıq: “Bütün variantlar masadadır”

image-ads-728x90

İsrailin Baş naziri Benyamin Netanyahu İranı sərt şəkildə xəbərdar edib.

Korrekt.az xəbər verir ki, o, Fox News telekanalına müsahibəsində bildirib ki, İran “qırmızı xətləri” keçəcəyi təqdirdə İsrailin cavabı qətiyyətli və dağıdıcı olacaq.

Netanyahu İranın İsrailə qarşı keçirdiyi hərbi təlimlərə və ballistik raket sınaqlarına toxunaraq, bu addımların regionda gərginliyi daha da artırdığını vurğulayıb. Onun sözlərinə görə, yaranmış vəziyyətdə İsrail üçün “bütün variantlar masada qalır”.

Fox News-un məlumatına görə, İsrailin baş naziri ölkəsinin bölgədə gərginliyin artmasında maraqlı olmadığını qeyd edib. Bununla yanaşı, Netanyahu birbaşa təhdidlər qarşısında susmayacaqlarını da açıq şəkildə bəyan edib.

Baş nazir əlavə edib ki, İran raket imkanlarını genişləndirir, istehsal həcmini artırır və nüvə proqramı üzrə fəaliyyətlərini davam etdirir. Bununla belə, o bildirib ki, Tehranın “son xətti keçmək” barədə hələlik yekun qərar vermədiyi ehtimal olunur.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki