image-britain-politicsbackend

Orban: Avropanın məqsədi Rusiya ilə müharibədir

image-ads-728x90

Macarıstanın baş naziri Viktor Orban, Avropa İttifaqı (Aİ) liderlərinin məqsədinin Rusiya ilə müharibəyə başlamaq olduğunu bildirib. Korrekt.az xəbər verir ki, Orbanın sözlərinə görə, Aİ liderləri 2030-cu ilə qədər Ukraynanı İttifaqa üzv etmək istəyirlər və bu, bütün Avropanı Rusiya ilə hərbi münaqişəyə cəlb edəcək.

Viktor Orban açıqlamasında, “Brüssel Rusiya ilə müharibəyə hazırlaşır və artıq müharibəyə girmək üçün hədəf tarixini müəyyənləşdirib: 2030. Brüsselin başlatdığı silah proqramının bəyan edilmiş məqsədi Aİ-ni 2030-cu ilə qədər müharibəyə hazırlamaqdır. 2030-cu il həm də Ukraynanın Aİ-yə sürətləndirilmiş üzvlüyü üçün hədəf tarixidir”, – deyə bildirib.

Orban əlavə edib ki, Aİ-nin Müqaviləsində belə bir maddə mövcuddur: “Əgər üzv dövlətlərindən birinin ərazisinə silahlı hücum olarsa, digər üzv dövlətlər həmin dövlətə öz sərəncamında olan bütün yardımı göstərməyə borcludur”. Bu səbəbdən də, Ukraynanın müharibə vəziyyətində Aİ-yə üzv qəbul edilməsi, İttifaqın dərhal Rusiya ilə müharibəyə girməsinə səbəb olacaq.

Macarıstanın baş naziri, Avropa İttifaqının yaxın illər üçün nəzərdə tutduğu iqtisadi hərbiləşdirmə proqramının da Rusiya ilə müharibə hazırlığı məqsədini güddüyünü vurğulayıb. Orban, Macarıstan hökumətinin bu cür inkişafların qarşısını almağa çalışacağını və bununla yanaşı, Macarıstanın müharibədən kənarda qalması üçün əlinə gələni edəcəyini bildirib.

Bu bəyanatlar, 2026-cı ilin aprelində Macarıstanda keçiriləcək parlament seçkiləri ilə əlaqəlidir. Orban, seçiciləri Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyasına səs verməyə çağıraraq, əgər müxalifət hakimiyyətə gələrsə, Macarıstanın bütün Aİ ilə birlikdə Ukraynada Rusiya ilə birbaşa hərbi münaqişəyə cəlb olunacağını vurğulayıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki