image-1backend

Paşinyan: “Ərdoğanın açıqlamalarını alqışlayırıq”

image-ads-728x90

Ermənistan Baş Naziri Nikol Paşinyan hökumət brifinqində Türkiyənin Ermənistanla münasibətləri inkişaf etdirmək istəyini alqışladığını bildirib. Korrekt.az xəbər verir ki, o, Türkiyə Prezidentinin 2026-cı ildə ikitərəfli münasibətlər çərçivəsində simvolik addımların atılacağına dair açıqlamasına diqqət çəkib.

“Həm simvolik, həm də daha konkret və praktik addımların atılmasının vaxtı gəlib çatıb. Ümid edirəm ki, bu addımlar həyata keçiriləcək”, – deyə Nikol Paşinyan qeyd edib. Lakin o, addımların hansı konkret istiqamətlərdə olacağını açıqlamayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə bildirib ki, Ermənistanla normallaşma prosesi davam edir və gələn ilin əvvəlində bir sıra simvolik addımlar atılması planlaşdırılır. Ərdoğan həmçinin qeyd edib ki, Ermənistan və Azərbaycan indi əvvəlkindən daha yaxın olaraq sülh müqaviləsi imzalamağa hazırdırlar.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki