Ermənistanın Baş naziri Nikol Paşinyan İranın regional münasibətlərdəki rolunu yüksək qiymətləndirərək, bu ölkəni İrəvanın vacib və nüfuzlu tərəfdaşlarından biri adlandırıb və əlavə edib: “İranla əməkdaşlığın inkişaf etdirilməsi Ermənistanın milli maraqlarına və regional sabitliyə xidmət edir.
Bu, iki ölkə arasında siyasi və regional münasibətlərdə yeni səhifə aça biləcək bir addımdır”.
Korrket.az xəbər verir ki, bu açıqlama Ermənistanın 2025-ci ilin əvvəlində ABŞ ilə Strateji Tərəfdaşlıq Xartiyası imzaladığı və bu yaxınlarda Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Gündəliyini yekunlaşdırdığı bir vaxta təsadüf edir.
İndi isə İranla da oxşar sənəd imzalamağa hazır olduğunu bəyan edərək, İrəvanın xarici siyasətə balanslı yanaşmasını və mühüm regional və transregional aktorlarla əməkdaşlığı genişləndirmək səylərini nümayiş etdirir.





















