Korrekt.az xəbər verir ki, Qazaxıstan mediasının məlumatına görə, Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin dəvəti ilə Astanaya səfər edəcək.
İkitərəfli gündəliyin müəyyən sahələri üzrə razılaşmaların əldə edilməsi gözlənilir. Tərəflər əməkdaşlığın gücləndirilməsi, iqtisadi əlaqələrin inkişafı və Ermənistan-Qazaxıstan münasibətlərinin gələcək perspektivlərini müzakirə edəcəklər.





















