İran prezidenti Məsud Pezeşkian hakimiyyət orqanlarının ölkəni idarə etməkdə səhv etdiklərini qəbul etməli olduqlarını bildirib və ictimai şikayətləri görməzdən gəlməyin cəmiyyəti yalnız qəzəbə, zorakılığa və yadlaşmaya sövq edəcəyi barədə xəbərdarlıq edib.
Korrekt.az xəbər verir ki, Pezeşkian deyib: “Biz qəbul etməliyik ki, işləri idarə etməkdə səhvlərə yol vermişik. Əgər öz səhvlərimizin fərqinə varmasaq, onları düzəltməyə çalışmasaq və yalnız başqalarını günahlandırsaq, heç bir şeyə nail ola bilməyəcəyik.
Dövlət orqanları yoxsul təbəqənin tələblərinə və problemlərinə laqeyd qalsa, ictimai narazılıq artacaq.
Bütün qurumlar və idarəetmə orqanları həssas qrupların tələblərinə və problemlərinə məhəl qoymadıqda, cəmiyyətin zorakılığa, laqeydliyə və ölkədən və dövlətdən uzaqlaşmağa doğru irəliləməməsini gözləyə bilmərik”.





















