Dünən İran prezidenti Məsud Pezeşkian Tehranda Rusiyanın energetika naziri Sergey Tsivilevlə görüşü zamanı İran və Rusiyanın etibarlı strateji tərəfdaşlar olduğunu bildirib və iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsinə sadiq olduqlarını vurğulayıb.
Korrekt.az xəbər verir ki, Pezeşkian qeyd edib ki, Tehran və Moskva ikitərəfli sazişlərin icrasını sürətləndirmək, birgə layihələrin həyata keçirilməsində mövcud maneələri aradan qaldırmaq əzmindədir.
İran prezidenti bildirib ki, Rusiya ilə strateji əməkdaşlığın gücləndirilməsi ölkənin siyasi kursunun əsas istiqamətlərindən biridir və bu yanaşma İranın ali rəhbərliyi tərəfindən dəstəklənir. Onun sözlərinə görə, Tehran bu siyasəti qətiyyətlə davam etdirəcək.
Sergey Tsivilev isə görüş zamanı İranın xarici siyasətini yüksək qiymətləndirərək, Moskvanın xarici təzyiqlər qarşısında Tehranın mövqeyinə hörmətlə yanaşdığını bildirib.





















