“Sahibkarlarla özüm danışacağam” .
Korrekt.az xəbər verir ki, bu haqda İranda kütləvi etirazların yayılmasına cavab olaraq, prezident Məsud Pezeşkian Kənd Təsərrüfatı Cihadı Nazirliyinin rəsmiləri ilə görüşdə danışıb.
Pezeşkian bildirib: “Əgər onlar haradasa haqlıdırlarsa və biz günahkarıqsa, özümüzü düzəltməyə çalışacağıq”.
Qeyd edək ki, İranda xalq etirazlarının altıncı günündə Zahidan şəhərində etirazçılar “Diktatora ölüm”, “Xameneyiyə ölüm” və “İranlılar, hüquqlarınız üçün hayqırın” şüarları səsləndiriblər.
Son günlərdə İranın repressiv hökumət qüvvələrinin ölkənin müxtəlif şəhərlərində etirazçılara hücumları zamanı bir neçə dinc vətəndaş öldürülüb.





















