image-timthumbbackend

Polşanın səfiri Rusiyada döyüldü

image-ads-728x90

Rusiyanın Sankt-Peterburq şəhərində Polşanın Rusiyadakı səfiri Kşiştof Krayevskiyə qarşı hücum baş verib. Korrekt.az xəbər verir ki, bu barədə “Gazeta Wyborcza” məlumat yayıb.

Polşa Xarici İşlər Nazirliyinin sözçüsü Macey Vyevyor bildirib ki, hadisə noyabrın 16-da, səfirin Polşanın Müstəqillik Gününü qeyd etmək üçün yerli polyaklarla görüşmək məqsədilə şəhərə səfəri zamanı baş verib.

Məlumata görə, günorta saatlarında Müqəddəs Yekaterina Katedralinə ibadət üçün gedən diplomat aqressiv rus fəalları tərəfindən mühasirəyə alınıb. Həmin şəxslər əllərində Ukrayna əleyhinə şüarlar yazılmış plakatlar daşıyaraq Polşanın Kiyevə verdiyi dəstəyə etiraz ediblər.

“Əvvəlcə səfirə qarşı şifahi təhqirlər səsləndirilib, daha sonra fiziki müdaxilə cəhdi olub. Səfirin təhlükəsizlik əməkdaşları dərhal müdaxilə ediblər”, – Vyevyor qeyd edib.

Polşa XİN nümayəndəsi səfirin ciddi xəsarət almadığını bildirib.

image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki