Korrekt.az xəbər verir ki, dünən ABŞ-nin keçmiş dövlət katibi Mayk Pompeo İranda davam edən etirazlarla bağlı açıqlama verib. O, Fox News-a müsahibəsində və “X” hesabında Amerikanın İran xalqını və etirazçıları hərtərəfli dəstəkləməli olduğunu bildirib.
Pompeo vurğulayıb ki, İran polisi qarşısında ciddi seçim dayanır: “Onlar hakimiyyəti, yoxsa xalqı dəstəkləmək qərarı verməli olacaqlar”. Onun sözlərinə görə, bu seçim etirazların taleyinə birbaşa təsir göstərə bilər.
Keçmiş dövlət katibi etirazların miqyasına və ölkə üzrə geniş yayılmasına diqqət çəkərək qeyd edib ki, baş verənlər “iranlıların uzun müddətdir gözlədiyi an” ola bilər. Pompeo bu vəziyyəti Venesuelada baş verən proseslərlə müqayisə edib.





















