Korrekt.az “Kommersant”a istinadən xəbər verir ki, Belarus prezidenti Aleksandr Lukaşenko Minskdəki “Olimpiya Arena” stadionunda xokkey oyunu zamanı yıxılıb.
O, bel əzələlərində gərilmə keçirib. Prezident özünü yaxşı hiss etdiyini bildirib.
“Bu, normal iş vəziyyətidir: öz adamlarını vur ki, yad adamlar qorxsun. Hər şey qaydasındadır. Növbəti oyuna hazırlaşıram”, – Lukaşenko bildirib.
Belarus prezidentinin komandası Brest bölgəsindən olan xokkeyçilər ilə yarışıb. Aleksandr Lukaşenko geri qaçan komanda yoldaşı Yaroslav Çuprislə toqquşdu. Oyun 5:5 hesablı heç-heçə ilə başa çatıb.





















