Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı Rusiya Silahlı Qüvvələri qarşısında qoyulmuş bütün tapşırıqların planlaşdırıldığı kimi yerinə yetirildiyini açıqladı. Korrekt.az xəbər verir ki, bu barədə Prezident Vladimir Putin bu gün Rusiya Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanlıq məntəqələrindən birində keçirilən müşavirədə bildirib. TASS xəbər xidmətinin məlumatına görə, bu barədə Prezident Vladimir Putin bildirib.
Rusiya prezidenti qeyd edib ki, Rusiya-Ukrayna sərhədi boyunca təhlükəsizlik zonasının yaradılması prosesi uğurla davam edir.
Putin bildirib ki , əgər Kiyev məsələni sülh yolu ilə həll etmək istəməsə, Rusiya üzləşdiyi bütün problemləri güc yolu ilə həll edəcək.





















