Korrekt.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin illik mətbuat konfransının əvvəlində Seversk bölgəsindəki vəziyyətdən danışıb. Putin xüsusilə qeyd edib:
– Kupyansk Rusiya silahlı qüvvələrinin nəzarəti altındadır,
– Kupyansk yaxınlığında 3500 Ukrayna əsgəri mühasirəyə alınıb və onların heç bir şansı yoxdur.
– DXR-dəki Konstantinovkanın yarıdan çoxu azad edilib,
– Krasnıy Liman çox yaxın gələcəkdə azad ediləcək və Slavyanska doğru hərəkət davam edəcək,
– Severskdən Slavyanska gedən yol açıqdır,
– Ukrayna silahlı qüvvələri Krasnoarmeyskin heç olmasa bir hissəsini geri almağa uğursuz cəhd göstərir və ciddi itkilər verir.





















