image-1backend

Putin rus əsgərlərinin nəyə görə döyüşdüyünü AÇIQLADI

image-ads-728x90

Rusiya Prezidenti Vladimir Putin Moskva vilayətində yerləşən Müqəddəs Georgi kilsəsində Milad ayinində iştirak etdikdən sonra Ukrayna müharibəsində iştirak edən hərbçilərin ailələrinə müraciət edib.

Korrekt.az xəbər verir ki, Putin çıxışında qeyd edib ki, Rusiya əsgərləri tarix boyu Vətəni müdafiə etmək kimi “müqəddəs missiyanı” yerinə yetiriblər və bunu “sanki Rəbbin əmri ilə” ediblər.

“Məsihin Doğuluşu kimi parlaq və müqəddəs bir bayramı qeyd edirik. Biz İsa Məsihi tez-tez Xilaskar adlandırırıq, çünki O, bütün insanları xilas etmək üçün yer üzünə gəlib”, – deyə Rusiya Prezidenti bildirib.

Onun sözlərinə görə, rus əsgərləri hər zaman Rusiyanı və onun xalqını qorumaq, Vətəni xilas etmək missiyasını daşıyıblar. Putin vurğulayıb ki, Rusiya dövləti əsgərlərinə məhz bu cür yanaşıb və onları Rəbbin iradəsi ilə üzərlərinə düşən müqəddəs vəzifəni yerinə yetirənlər kimi qəbul edib.

Qeyd edək ki, Vladimir Putinin bu açıqlamaları Ukraynada davam edən müharibə fonunda səsləndirilib.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki