image-1backend

Qalmaqal: Livanda  İran XİN başçısını qarşılayan olmadı   

image-ads-728x90

Korrekt.az xəbər verir ki, dünən Beyruta səfər edən İranın xarici işlər naziri Abbas Əraqçı təyyarədən endiyi zaman gözlədiyi rəsmi qarşılanmanı ala bilməyib.

Sosial mediada paylaşılan görüntülərdə onun cəmi bir neçə nəfər tərəfindən qarşılandığı görünür. Bununla bağlı, iranlı analitik və jurnalist Abdullah Abdi məlumat verib və görüntü paylaşaraq yazıb: “Əraqçı Beyruta belə daxil oldu…”

Qeyd edək ki, İran-Livan münasibətləri ötən ilin sonlarından gərgin olaraq qalır. Livanın xarici işlər naziri İranın rəsmi səfər dəvətini rədd edib və hökumət İranı ölkənin daxili işlərinə qarışmamağa çağırıb.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki