“Qarabağ” braziliyalı hücumçu Daniel Troiano ilə müqavilə imzalamaq üçün danışıqlar aparır.
Korrekt.az xəbər verir ki, bu barədə “Central do Laion” nəşri məlumat yayıb.
Tərəflər arasında müzakirələr davam edir və transferin reallaşma ehtimalı böyükdür. 21 yaşlı futbolçunun Braziliyanın “Fortaleza” klubu ilə müqaviləsi iyulun 18-də başa çatacaq və bundan sonra Azərbaycan klubuna keçəcək. O, hazırda icarə əsasında “Floresta” klubunda çıxış edir.
21 yaşlı hücumçu “Fortaleza” və “Floresta” klublarından başqa “Joinville-SC” və ABC klublarında da oynayıb.Qaynarinfo





















