image-qarababackend

“Qarabağ” “Dinamo”ya qarşı

image-ads-728x90

Bu gün “Qarabağ” Konfrans Liqasının 3-cü təsnifat mərhələsində Kiyev “Dinamo”su ilə ilk oyuna çıxacaq.

Korrekt.az xəbər verir ki, Polşanın Lublin şəhərindəki “Lublin Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı danimarkalı hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında cavab oyunu 1 həftə sonra Bakıda olacaq. Cütün qalibi pley-offda “Tvente” (Niderland) – DAC 1904 (Slovakiya) cütünün üstün tərəfi ilə qarşılaşacaq.

Konfrans Liqası, 3-cü təsnifat mərhələsi, ilk oyunlar

21:00. “Dinamo” (Kiyev, Ukrayna) – “Qarabağ” (Azərbaycan)

Hakimlər: Morten Kroq, Şteffen Bramsen, Viktor Skite, Yakob Karlsen (hamısı Danimarka).



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki