image-1backend

“Qarabağ”ın ulduzu GEDİR: Məşhur klubdan sürpriz təklif…

image-ads-728x90

“Qarabağ”ın futbolçusu Marko Yankoviçin klubdakı gələcəyi hələ də qeyri-müəyyəndir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 31 yaşlı monteneqrolu yarımmüdafiəçi ilə maraqlanan daha bir klubun adına aydınlıq gəlib.

Söhbət Fransanın “Nant” klubundan gedir. Ötən mövsüm Liqa 1-i tərk edən komanda yeni mövsümdə Liqa 2-də iddialı heyət formalaşdırmaq üçün Yankoviçi əsas transfer hədəflərindən biri hesab edir.

Fransa təmsilçisinin yaxın günlərdə futbolçunun transferi ilə bağlı “Qarabağ”a rəsmi təklif göndərməsi gözlənilir.

Qeyd edək ki, Marko Yankoviçin Ağdam klubu ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir. Monteneqro millisinin üzvü ilə Türkiyənin “Çorum” və “Konyaspor” klubları da maraqlanır.



image-ads-728x90

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki